Azərbaycanda peyvənd olunanların sayı AÇIQLANDI – FOTObackend

Azərbaycanda peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 067 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 587, üç və daha çox doza vaksin vurduranların sayı 1 910, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 223 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 701 250, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 345 251, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 846 372, üç və daha çox doza vaksin vurduranların sayı 3 265 489, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 244 138 təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*