Azərbaycanda qadın valideyn məktəbə bıçaqla hücum etdi, xəsarət alanlar varbackend

Azərbaycanda qadın valideyn məktəbə bıçaqla hücum etdi, xəsarət alanlar var

Goranboyda qadın valideyn məktəbə hücum edib. 

KONKRET.az xəbər verir ki, hadisə Hazırəhmədli kəndində qeydə alınıb.

Kənd məktəbinə hücum edən qadın valideyn öz övladını döyüb, müəllimə isə xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupun baş inspektoru Eşqin Qasımov Lent.az-a açıqlamasında bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Hazırəhmədli kənd sakini olan bir nəfər qadın valideynin kəsici-deşici alətlə məktəbə gəlməsi, övladını döyməsi və onu sakitləşdirmək istəyən müəllimə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları məktəbə gələrək müvafiq tədbirlər həyata keçirib.

Hadisəni törətməkdə şübhəli Ə. Rzayeva saxlanılıb, faktla bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*