Azərbaycanda son sutkada 2372 nəfər koronavirusa yoluxdubackend

Azərbaycanda son sutkada 2372 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 211 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 457 416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 405 511 nəfər müalicə olunaraq sağalıb, 6 065 nəfər vəfat edib, aktiv xəstə sayı 45 840 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 215, ötən müddət ərzində isə ümumilikdə 4 639 460 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*