Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbəsi dünyasını dəyişib.
Universitetdən KONKRET.az–a verilən məlumata görə, ali məktəbin Filologiya fakültəsinin Xarici dil (ingilis) müəllimliyi ixtisasının III kurs, İND1908B saylı qrup tələbəsi Fatimə Dünyamalıyeva vəfat edib.
Məlumata görə, o, ağır xəstəlikdən əziyyət çəkirdi.

