Azərbaycanda ürək transplantasiyası həyata keçiriləcəkbackend

Azərbaycanda ürək transplantasiyası həyata keçiriləcək

Azərbaycanda ürək transplantasiyası həyata keçiriləcək.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, 2 il əvvəl qəbul edilən “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun buna imkan verir:

“Bu qanun imkan verir ki, Azərbaycanda ürək əməliyyatları ilə yanaşı ürək transplantasiyası da keçirilsin. Azərbaycanda ürək transplantasiyası həyata keçirə biləcək kifayət qədər mütəxəssislərimiz də var. Hazırda bu istiqamətdə işlər görülür. Bununla bağlı Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar müzakirələr aparır. Yaxın vaxtlarda Azərbaycanda ürək transplantasiyası həyata keçirilə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*