Azərbaycanda uşaq transformatorda yandıbackend

Azərbaycanda uşaq transformatorda yandı

Zaqatalada yüksək gərginlikli elektrik transformatorunun üstünə çıxan uşaq yanıq xəsarətləri alıb.

KONKRET.AZ xəbər verir ki, hadisə rayonun Çobankol kəndində baş verib.

Kənd sakini, 2011-ci il təvəllüdlü Emin Nüsrət oğlu Əmrahov oynamaq üçün elektrik transformatorunun üstünə çıxıb. Bu zaman o yüksək gərginlikli elektrik naqilinə toxunub. Nəticədə E. Əmrahov sol yuxarı ətrafın ağır yanıq xəsarəti alıb.

E. Əmrahova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakıya göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*