Azərbaycanda vərəmlə bağlı laboratoriya yaradılacaqbackend

Azərbaycanda vərəmlə bağlı laboratoriya yaradılacaq

Azərbaycanda vərəmin əkilməsi ilə bağlı ölkə səviyyəli referans laboratoriyası yaradılacaq.

KONKRET.az xəbər verir ki, bunu Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov “TƏBİB məsləhəti”ndə deyib.

Onun sözlərinə görə, Azərbaycanda vərəm xəstələrinin sayı kritik səviyyədə deyil: “Ancaq bununla belə, vərəmlə mübarizə istiqamətində görülən işlərə həssas yanaşılmalıdır. Məsələni diqqətdən kənarda qoymaq olmaz. Vərəm 60-70 % hallarda ağciyərləri tutur, tənəffüs yolları xəstəliyi kimi bilinir. Ağciyərdən kənar orqanların vərəmə yoluxması ehtimalları da az deyil”.

A.İsmayılov bildirib ki, laboratoriya vərəmin diaqnostikasında istifadə olunan ən vacib müayinə üsullarından biridir: “Artıq yeni laboratoriyanın açılması ilə bağlı işlər gedir və yaxın gələcəkdə fəaliyyətə başlayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*