Azərbaycanda vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu – Nəzəriyyədən reallığabackend

Azərbaycanda vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu - Nəzəriyyədən reallığa

Ümummilli lider Heydər Əliyev deyirdi: “Biz müstəqil Azərbaycan kimi nəhəng bir abidənin təməlini qoyuruq. Onu təkcə bugünkü nəsillər üçün yox, həm də gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə çox şərəfli bir vəzifə düşüb”.

Bu sözləri dahi öndər o zaman demişdi ki, ölkədə vətəndaş müharibəsi və erməni işğalı durdurulmuş, hərbi müxalifət sıradan çıxarılmış və “Əsrin müqaviləsi” yenicə imzalanmışdı. Yəni Azərbaycan dəhşətli konfliktlərdən qurtularaq yeni dövlət ququculuğuna başlayırdı. Təbii ki, müstəqil Azərbaycanın memarı qüdrətli siyasət və idarəetmə qrossmeyestri Heydər Əliyev idi. Ona görə də xalq ona bütün varlığı ilə inanırdı. Bu da təsadüfi deyildi. Dahi Öndər heç zaman dövlətinin və xalqının problemlərinə laqeyd qalmamışdı. Təsadüfi deyil ki, Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidi ilə yenidən hakimiyyətə gələndə bəyan etmişdi ki, ömrünün qalan hissəsini xalqına həsr edəcək.

Heydər Əliyev və hüquqi dövlət quruculuğu

Hadisələrin sonrakı inkişafı göstərdi ki, doğrudan da dahi kider öz işıqlı həyatını Azərbaycan dövlətçiliyi və Azərbaycan xalqı üçün əritdi.

Heydər Əliyev çox gözəl bilirdi ki, müstəqil dövlətin Ana Qanunu – Konistitusiyasının hazırlanması həyati əhəmiyyətli bir məsələdir. Ona görə də onun rəhbərliyi altında müstəqil Azərbaycan üçün yeni Konstitusiya hazırlanmağa başlanıldı. Azərbaycan Respublikasının xarici və daxili siyasi prioritetlərinin müəyyənləşdirilməsində müstəsna əhəmiyyətə malik yeni Konstitusiyanın qəbulu vacib idi. Üstəlik, yeni qanunvericilik bazasının və vətəndaş cəmiyyətinin formalaşmasında Ana Qanunun olması şərt idi. Ulu Öndər Konstitusiyanın son dərəcə mükəmməl bir sənəd kimi hazırlanmalı olduğunu qeyd edərək deyirdi:

“Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən – Əsas Qanun, tarixi sənəd olsun”.

Ulu Öndər bu Konstitusiyanın qəbul edilməsi ilə əlaqədar tarix və gələcək nəsillər qarşısında məsuliyyətin dərk edilməli olduğunu xüsusilə vurğulayırdı: “Mən bu işə çox məsuliyyətlə yanaşıram. Çünki həm Azərbaycan Konstitusiyasının tarixini bilirəm və onu böyük diqqətlə təhlil etmişəm, həm də indiyədək Azərbaycanda dövlət quruculuğu sahəsində aparılan işlərin çoxunun iştirakçısı olmuşam”.

Nəhayət, uzun müzakirələrdən sonra 12 noyabr 1995-ci ildə Azərbaycanın Konstitusiyası ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edildi. Beləcə, ölkədə demokratik hüquqi dövlətin möhkəm əsasları qoyuldu. Bundan sonra Konstitusiyaya uyğun olaraq qanunvericilik bazası formalaşdırılmağa başlanıldı. Hüquqi islahatların həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradıldı. Bu Komissiya ilkin mərhələdə reallaşdırılacaq hüquqi islahatlarının prioritetlərini müəyyən etdi və Sovet İttifaqından miras qalmış hüquq sisteminin fəlsəfəsini tamamilə dəyişdirdi. Azərbaycanda aparılan hüquqi islahatların özülünə ümumbəşəri demokratik prinsiplər, qanunun aliliyi və insan hüquqlarının müdafiəsi kimi fundamental dəyərlər, ədalət mühakiməsinin prinsipləri qoyuldu. Eyni zamanda xalqımızın dövlətçilik tarixi və ənənələri, inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi nəzərə alındı.

Bundan əlavə, hüquqi islahatların aparılması, habelə ölkəmizin Avropa təsisatlarına inteqrasiyası məqsədilə 1996-cı il iyunun 8-də Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramı qəbul olunur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın müddəaları nəzərə alınmaqla yeni qanunlar hazırlandı.

Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində NAİLİYYƏTLƏR

Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə qəbul olunmuş qanunlar, çoxsaylı məcəllələr — “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya məhkəməsi haqqında”, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunlar, Cinayət, Cinayət-Prosessual, Cəzaların icrası, Mülki, Mülki-Prosessual, İnzibati xətalar məcəllələri və bir sıra mühüm normativ-hüquqi aktlar bütövlükdə demokratik cəmiyyətdə hüquq-mühafizə orqanlarının yerini müəyyən etdi.

Bundan əlavə, Ulu Öndərin təşəbbüsü və humanist siyasəti sayəsində əfv və amnistiya institutları bərpa edildi, yeniləndi. Azərbaycan demokratik dövlət quruculuğu yolu tutduğu üçün vətəndaş cəmiyyətinin yaradılması da vacib idi. Ona görə də insanların söz azadlığının təmini üçün zəruri hüquqi bazanın yaradılması yönündə addımlar atıldı. 1998-ci ilin avqust ayının 6-da Azərbaycanda senzura ləğv edildi. Bunun ardınca 1999-cu ilin payızında Azərbaycanda ilk dəfə bələdiyyə institutu yaradıldı. Seçkilər yolu ilə formalaşan bələdiyyələr vətəndaş cəmiyyətinin bir parçasına çevrildi.

Bir sözlə, Heydər Əliyevin səyləri sayəsində çox qısa zamanda hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaradılması istiqamətində mühüm addımlar atıldı.

İlham Əliyev və hüquqi dövlət, vətəndaş cəmiyyəti

İlham Əliyev xalqa müraciət edib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

2003-cü ilin oktyabrında keçirilən prezident seçkilərində İlham Əliyev deyirdi: “Mənə prezidentlik səlahiyyəti xalqıma ən yaxşı şəkildə xidmət etmək üçün lazımdır”.

Eyni zamanda hər bir azərbaycanlının prezidenti olacağını bəyan etdi.

Bax, bu iki tezis əslində demokratik-hüquqi dövlət quruculuğunun və vətəndaş cəmiyyətinin təməl prinsipləridir. Sonrakı illərdə bu sözlər real əmələ çevrildi.

27 iyul 2007-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası” təsdiqləndi. Bu konsepsiya ölkədə QHT sektorunun inkişafının yeni mərhələsinin başlanması üçün baza prinsiplərini müəyyənləşdirdi.

Konsepsiya ilə bağlı ictimai sektorda gedən geniş müzakirələrdən sonra Prezidentin 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası müstəqil bir qurum olaraq yaradıldı. Bununla paralel mətbuatın iqtisadi dayanıqlığını təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun vasitəsilə ölkəmizdə mövqeyindən və statusundan asılı olmayaraq onlarla mətbuat orqanlarına maddi vəsaitlər ayrıldı, bir çox qəzet və jurnalların dövlət müəssisələrinə olan borcları dövlət hesabına silindi. Bu addımların hər biri ölkəmizdə vətəndaş cəmiyyətinin daha sürətli inkişafına səbəb oldu.

Təbii ki, İlham Əliyevin ən böyük tarixi xidməti Azərbaycanın ərazi bütövlüyünü və suveren hüquqlarını təmin etməsidir. 44 günlük müharibədən sonra Azərbaycan üçün tam yeni bir dövr başladı. Bu dövrün isə tək adı inkişaf və sabitlikdir. Son 3 ildə Azərbaycan regionun ən sürətli inkişaf etmiş ölkəsi olmaqla yanaşı, həm də sabitlik beşiyinə çevrildi.

Yeni dövrün çağırışlarına uyğun olaraq vətəndaş cəmiyyəti üçün yeni hüquq baza formalaşdırıldı. Siyasi partiyalar və media haqqında qanunlar qəbul edildi.

Aparılan böyük islahatlar, qazanılan titanik uğurlar nəticədə belə bir reallıq hasil etdi ki, hər kəs fəxr və qürurla “Mən Azərbaycanlıyam” deyə bildi.

Natiq, Səlim,

KONKRET.az

Hüquqi dövlət quruculuğunda vətəndaş cəmiyyətinin rolu

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*