Paşinyanın partiyasında qarşıdurma başladı – Onlar spiker olmaq üçün bir-biri ilə savaşırbackend

Paşinyanın partiyasında qarşıdurma başladı - Onlar spiker olmaq üçün bir-biri ilə savaşır

Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” partiyasında gələcək parlamentin əsas vəzifələri uğrunda daxili müzakirələrin başladığı bildirilir.

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, yeni parlament hələ tam formalaşmasa da, partiya daxilində rəhbər postların bölüşdürülməsi artıq aktiv şəkildə müzakirə olunur.

Bildirilir ki, partiya siyahısında ilk 30–35 yerdə qərarlaşan namizədlərin deputat mandatı almaq şansı demək olar ki, qətidir.

Məlumata əsasən, əsas diqqət Ermənistan Milli Assambleyasının sədri postuna yönəlib.

Qəzet yazır ki, “Vətəndaş Müqaviləsi”ndə hazırkı fraksiya rəhbəri Ayk Konjoryanın bu vəzifə üçün ən uyğun namizəd olduğu düşünülür. Partiya daxilində bir qrupun fikrincə, hazırkı spiker postunu tərk etməlidir.
Eyni zamanda, vitse-spiker Ruben Rubinyanın da parlament sədri vəzifəsinə iddialı olduğu qeyd edilir. Lakin partiya daxilində onun həddindən artıq konfliktli olduğu və hər zaman konstruktiv dialoq qura bilmədiyi düşünülür.

Bununla yanaşı, Ermənistanın ABŞ-dəkı keçmiş səfiri Lilit Makuntsun namizədliyi də gündəmdən tam çıxarılmayıb. Bununla belə, onun parlament sədri təyin olunması ehtimalının aşağı qiymətləndirildiyi bildirilir.

Daha əvvəl Ermənistan KİV-i Makuntsun parlament sədri postuna əsas namizədlərdən biri kimi nəzərdən keçirildiyini yazmışdı.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*