Azərbaycanın 16 müəssisəsindən Rusiyaya pomidor ixracına icazə verildibackend

Azərbaycanın 16 müəssisəsindən Rusiyaya pomidor ixracına icazə verildi

Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın 16 müəssisəsindən Rusiyaya pomidor ixracına icazə verib.

KONKRET.az-ın məlumatına görə, bu barədə qurumun saytında bildirilib.

Məlumata əsasən, sözügedən 16 müəssisə noyabrın 1-dən başlayaraq bu ölkəyə pomidor ixrac edə biləcəklər.

Qeyd edək ki, Azərbaycan 2022-ci ilin aprelin 1-dək dəmir yolu vaqonları ilə Rusiyaya alma və pomidor tədarükünü davam etdirəcək və bu tarixdən sonra konteyner daşımalarına keçid nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*