“Azərbaycanın 60 günə yığdığı 456 maşını “Toyota” 23 dəqiqəyə istehsal edir” – EKSPERTbackend

"Azərbaycanın 60 günə yığdığı 456 maşını "Toyota" 23 dəqiqəyə istehsal edir" - EKSPERT

“Azərbaycanda 2023-cü ilin yanvar-fevral aylarında 456 ədəd minik avtomobili istehsal edilib.  Buna “yerli avtomobil istehsalı” deyirlər. Hətta nazirliklərə, məmurlara tapşırmışdılar ki, “yerli avtomobillərə” keçid etsinlər. Əslində isə o maşınlarda yerli olan tək şey təkərlərinə vurulan havadır. Qalan hər bir detal, hətta bolt-qayka belə xaricdən gətirilir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri REAL-ın icra katibi, tanınmış iqtisadçı Natiq Cəfərli səsləndirib. O bildirib ki,
ilin ilk 2 ayı ərzində Azərbaycanda 456 ədəd maşın yığılıb: “İndi soruşa bilərsiniz ki, bəs bu təzə maşınlardan neçəsi satılıb?! Soruşmayın, çünki, satış yoxdur. Hətta anbarlarda keçən ildən qalan maşınlar da var. Təsəvvür edin ki, 2023-cü ilin martın birinə olan məlumata görə anbarlarda satılmamış 465 avtomobil qalıb”.

Natiq Cəfərli seçkidə atasının etdiklərinə görə ondan küsüb - VİDEO

Natiq Cəfərli əsl maşın istehsalı necə olur sualına da aydınlıq gətirib: “Məsələn, “Toyota” şirkəti dəqiqəyə 20, günə 28 000, aya 872 min avtomobil istehsal edir. Yəni, Azərbaycanın 60 günə (iki aya) yığdığı və adına da “yerli istehsal” dediyi 456 maşını “Toyota” şirkəti cəmi 23 dəqiqəyə istehsal edir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

  • Ilgar
    Oktyabr 27, 2023 - 20:11

    Sozsuz robot ve el ile yigilan avtomobil sayinda ferq olacaq. Onda olkeye yeni texnologiyalar getirilmelidir. Amma bu istehsal sayinda artim olsada, isci sayinda azalma demekdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*