Azərbaycanın Bütövlük Platforması elan olundu – FOTOLARbackend

Azərbaycanın Bütövlük Platforması elan olundu – FOTOLAR

Bu gün Azərbaycanın Bütövlük Platformasının təsis toplantısı keçirilib.

KONKRET.az xəbər verir ki, toplantını giriş sözü ilə açan təşəbbüs qrupunun sədri Bəhram İsmayılov təşkilatın məram və məqsədlərindən danışıb. O bildirib ki, Azərbaycan Respublikasının güclənməsi, Güney Azərbaycanda aparılan istiqlal mücadiləsinə dəstək, Türk Dövlətlərinin inteqrasiyasının sürətlənməsi üçün insanlarımızın ideoloji mübarizəsini, təşkilatlanmasının vacibliyini əsas hesab edərək, bu platformanı təsis etmək qərarına gəliblər.

Toplantıda Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, şair Rüstəm Behrudi, Ümid Partiyasının sədr müavini Taleh Əliyev, VHP Ali Məclisinin sədri Felmar Ələkbərli, BAXCP sədr müavini Əli Həziquliyev, hərəkatçı Elçin Paşayev və başqaları çıxış edərək, ABP-nin yaranma zərurəti, fəaliyyəti və ideyası haqqında danışıblar. Çıxışlarda bildirilib ki, ABP Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan şəxsləri və ictimai qurumları birləşdirən ideoloji hərəkatdır.

ABP–nin məqsədi Azərbaycan xalqının öz tarixi torpaqlarında bütöv, milli, hüquqi, demokratik və dünyəvi dövlətinin qurulmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*