“Azərbaycanın hərbi qüdrətinin artması Tehranı narahat edir” – Türkiyə mətbuatıbackend

“Azərbaycanın hərbi qüdrətinin artması Tehranı narahat edir” - Türkiyə mətbuatı

“Türkiyə-İran münasibətləri əsrlər boyu enişli-yoxuşlu olub”.

KONKRET.az xəbər verir ki, bu, barədə məqalə Türkiyə mətbuatıda dərc olunub.

“Türkiyə, Azərbaycan, İsrail, ABŞ: İran yeni səhifə aça bilərmi?” başlıqlı yazıda İranın strateji mövqeyi, böyük enerji ehtiyatları və geosiyasi əhəmiyyəti ilə dünya enerji bazarlarında mühüm aktora çevrildiyi bildirilib:

“Sözügedən ölkə dünyada dördüncü ən böyük xam neft istehsalçısıdır. Həmçinin təbii qaz ehtiyatlarına görə (33 trilyon kubmetr) ikinci yerdədir. Ona görə də qlobal enerji təchizatı təhlükəsizliyi və qiymət sabitliyi baxımından İranın rolu əvəzsizdir. Hörmüz boğazı qlobal neft ticarətinin ən mühüm nöqtələrindən biridir. Dünyadakı dəniz neftinin təxminən 20 faizi bu dar boğazdan keçir. İranın sözügedən ərazi üzərindəki strateji nəzarəti onun dünya enerji bazarlarına ciddi təsir göstəricisidir. Bu boğaz bağlanarsa, qlobal neft tədarükünə böyük zərbə vurula bilər”.

Məqələdə vurğulanır ki, İranın Rusiya və Çin kimi böyük enerji istehsalçıları ilə inkişaf etdirdiyi münasibətlər anti-Qərb blokunun formalaşdırılmasına xidmət edir:

“Qarşılıqlı əməkdaşlıq fars dövlətinin sanksiyalar fonunda ayaqda qalmasına səbəb olub. İran beynəlxalq sanksiyaların yumşaldılması halında enerji infrastrukturunu sürətlə modernləşdirə bilsə, neft və təbii qaz hasilat imkanlarını artırmaqla dünya enerji bazarlarında qat-qat güclü mövqe qazana bilər”.

Qeyd olunur ki, II Qarabağ müharibəsinə sonra İranın ermənipərəst mövqeyi cənubda yaşayan minyonlarla türkü narahat edib:

“Orada yaşayan milyonlarla türk Azərbaycana birləşmək istəmir. Konfransların birində bu barədə sualına türk müsahibim nel demişdi: “İran bizim ölkədir, şimaldakı 10 milyon qardaşımız birləşmək istəyirlərsə, gəlib bizə qoşulsunlar”. Bu yaxınlarda Məsud Pezeşkianın prezident seçilməsi islahat üçün yeni imkanlar yaratdı. Onun hökumət başına gəlməsi, Azərbaycan türklərinin siyasi sistemdə daha çox söz sahibi olacağı ümidlərini çoxaldır”

Mənbə yazır ki, Pezeşkian gözləntiləri qarşılamaya bilər:

“Pezeşkianın qələbəsi İran siyasi strukturunda ciddi dəyişikliyə səbəb olacaq. Bu da onların xarici siyasətində yeni dövrün başlanğıcı ola bilər. Dövlət başçısı Qərblə münasibətlərdə yeni səhifə açmağa çalışır. Onun islahatçı olması isə mühafizəkar qüvvələri narahat edir. Buna görə də Pezeşkian gözləntiləri qarşılamaya bilər”.

SEPAH-la bağlı şühbələrdən də bəhs olunan matrealda bildirilir ki, Pezeşkianın balanslı siyasət aparması labüddür:

“Yeni siyasi xəttə SEPAH-ın islahatçı qanadının hansı reaksiya verəcəyi sual altındadır. Əgər prezident ölkənin aparıcı siyasi qüvvələri ilə balanslı münasibət qura bilsə, İranın daxili və xarici siyasətində böyük dəyişikliklər olacaq. Pezeşkianın açıqlamaları uzun müddətdir düyünlanib qalmış problemlərin həllinə ümid verir”.

KİV bildirir ki, Azərbaycan-İsrail əməkdaşlığı İranın nahat olduğu məqamlardandır:

“Bakının İsraillə müdafiə və kəşfiyyat sahəsindəki əməkdaşlığı rəsmi Tehran tərəfindən təhlükə mənbəyi kimi qəbul edilir. Azərbaycan İsrailə neft tədarük edən mühüm ölkələrdəndir. Tehranda hesab edirlər ki, bu əməkdaşlıq İrana qarşı iqtisadi və diplomatik təzyiqlərin artmasına səbəb ola bilər. Azərbaycanın hərbi qüdrətinin, xüsusən də İranın şimal sərhədinə yaxın bölgələrdə artması Tehranın bu regionda təhlükəsizlik strategiyalarını yenidən nəzərdən keçirməsinə səbəb olub”.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*