Azərbaycanın istehsal etdiyi maskalar belə olacaq – Videobackend

Azərbaycanın istehsal etdiyi maskalar belə olacaq - Video

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı olub.

KONKRET.az-ın məlumatına görə, müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq. Müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldiləcək.

  • khayyam
    Aprel 8, 2020 - 10:47

    maskalardan reklam predmeti kimide istifade etmek olar ,maskenin uzerine her hangi bir shirketin adin yazmakla pul almag olar .Goturek ki ,biz birlikte gucluyuk ,evezine SOKAR sizin saglamliginizi dushunur

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*