“Azərbaycanın növbəti hədəfi Göyçə gölü və Tavuş rayonudur” – Oxikyanbackend

"Azərbaycanın növbəti hədəfi Göyçə gölü və Tavuş rayonudur" - Oxikyan

“Azərbaycanın növbəti hədəfi Sevan gölü (Göyçə gölü) və Tavuş rayonudur”.

KONKRET.az xəbər verir ki, bunu noyabrın 5-də İrəvanda Fransa meydanında keçirilən mitinqində jurnalist, ekspert Nairi Oxikyan bildirib.

O deyib ki, Azərbaycanın növbəti hədəfi Sevan gölüdür.

“Düşmənin növbəti vəzifəsi Vardenisdən Çəmbərəkə, Artanışa, Pəmbəkə, Qeqamasara, Akunkaya qədər kəndləri tutub irəliləməkdir. Bunu açıq şəkildə bildirib. Qarabağın təslim olmasından sonra biz bütün Ermənistanı itirəcəyik. Düşmənin növbəti hədəfi Tavuş bölgəsidir. Çünki Gürcüstanın cənubunu, Marneulini tutmaq istəyirlər. Bunu gürcülər də yaxşı başa düşməlidir. Bəs Sevan gölündə Azərbaycan gəmilərini görməyə hazırsınızmı? Bu gün sülh müqaviləsi bizi tam məhvə aparacaq ”, – Oxikyan çərənləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*