Azərbaycanın Qarabağda qələbə qazanmasının daha bir səbəbi məlum oldubackend

Azərbaycanın Qarabağda qələbə qazanmasının daha bir səbəbi məlum oldu

Son məlumatlara görə, 2020-ci ildə Azərbaycan Ordusu Qlobal Atəş Gücü (“Global Firepower”) İndeksi üzrə 64-cü yerdə qərarlaşıb.

KONKRET.az xəbər verir ki, Ermənistan ordusu bu siyahıda 111-ci yerdədir. Bütün bu göstəricilər Azərbaycanın müharibədə  müharibədə qalib gəlməsini şərtləndirən mühüm səbəblərdən biridir.

“Global Firepower”-a görə aktiv döyüş əməliyyatlarının başlandığı dövrdə Azərbaycanın hərbi qüvvələri 426 min nəfər təşkil edib. Ermənistanda isə bu göstərici 1,5 dəfə az – 245 min nəfər təşkil edib.

Hava qüvvələri baxımından Azərbaycan Ermənistanı iki dəfədən çox üstələyib: 64-ə qarşı 147 təyyarə və helikopter. Azərbaycanda qırıcıların say ilə Ermənistanı müqayisə etmək ədalətsizlik olar.

Bundan əlavə, Azərbaycanın 570 tankı, 1451 döyüş maşını, 414 topçu dəsti və 162 raket sistemi var. Ermənistanın döyüş əməliyyatlarından əvvəlki texnikaların sayı isə belə idi: 110 tank, 748 döyüş maşını, 188 topçu dəsti və 68 raket sistemi.

Dəniz donanmasına gəldikdə, Ermənistanın dənizə çıxışı olmadığına görə donanması yoxdur. “Global Firepower”-a görə, Azərbaycanın 4 sualtı qayıq da daxil olmaqla 31 döyüş gəmisini mövcuddur.

Natiq Səlim,

KONKRET.az

mənbə: vestikavkaza.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*