Azərbaycanın Qazaxıstandakı səfirliyində Xocalı faciəsinin ildönümü qeyd olundu – FOTOLARbackend

Azərbaycanın Qazaxıstandakı səfirliyində Xocalı faciəsinin ildönümü qeyd olundu - FOTOLAR

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Astanada Xocalı faciəsinin 32 ci ilinə həsr olunmuş tədbir keçirilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkəkələri üzrə bürosu xəbər verir ki, keçirilən tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dövlət himnimiz səsləndirilib.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Xocalı faciəsi barədə məlumat verib:

“Xocalı soyqırımı heç vaxt xatirələrdən silinməyəcək. Lakin Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi şanlı Zəfər bu qanlı hadisənin qurbanlarının ruhunu şad etdi, azərbaycanlıların qəlbinə bir növ su səpdi. Bu qanlı hadisədən 32 il vaxt keçməsinə baxmayaraq, soyqırımı törədənlər hələ də cəzalandırılmayıb və Azərbaycan bu gün də Xocalıya ədalət axtarışını davam etdirir”.

Bildirilib ki, Xocalı soyqırımı azərbaycanlılar üçün tarixin ən ağrılı səhifələrindən biri olmaqla yanaşı, ermənilərin əsl üzünü göstərən insanlıq tarixinin ən dəhşətli nümunələrindən biridir.

Daha sonra özündə Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotolardan ibarət sərgiyə baxış keçirilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*