Azərbaycanın Rusiyadakı səfirliyi BƏYANAT YAYDIbackend

Azərbaycanın Rusiyadakı səfirliyi BƏYANAT YAYDI

Azərbaycanın Rusiyadakı səfirliyinin bəyanat verib.

KONKRET.az xəbər verir ki, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi Beynəlxalq ictimaiyyəti İrəvanı Azərbaycana qarşı əsassız iddialarına son qoymağa çağırıb.

Bəyanatda deyilir:

• Sərhəddəki toqquşmalar kortəbii hadisə deyil – Ermənistan rəhbərliyinin əvvəlcədən planlaşdırılmış və düşünülmüş təxribatıdır.

• Ermənistan müharibədə məğlubiyyətin əvəzini çıxmaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə qarşı ardıcıl təxribatlar təşkil etməyə başladı.

• Regionda gərginliyin artmasına görə bütün məsuliyyəti sərhəddəki hərbi avantüra ilə eyni vaxtda beynəlxalq aləmdə anti-Azərbaycan kampaniyası aparan Ermənistan rəhbərliyi öz üzərinə götürür.

• Beynəlxalq ictimaiyyət İrəvanı Azərbaycana qarşı əsassız iddialarına son qoymağa çağırmalı və onu Bakı ilə əlaqələr qurmaq üçün konstruktiv addımlar atmağa, o cümlədən sərhədin delimitasiyası və demarkasiyası prosesinə başlamağa məcbur etməlidir.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*