“Əgər Ermənistan Rusiya sülhməramlılarını tənqid edirsə, bu, Azərbaycanın xeyrinədir”
KONKRET.az xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Aleksandr Skakov səsləndirib. O bildirib ki, bu cür tənqid Azərbaycana sərfəlidir, çünki rəsmi Bakının iki məqsədi var. Birincisi, sülhməramlıları maksimum dərəcədə nüfuzdan salmaq, ikincisi isə onları Rusiya tezliklə regiondan çıxarmaq istəyir. Ona görə də bu məqsədlərin İrəvan tərəfindən dəstəklənməsi, tamamilə Bakının leyhinədir, – ekspert vurğulayıb.
Rusoyalı politoloq əlavə edib ki, İrəvanla Xankəndi arasındakı fikir ayrılıqları çoxdankı xarakter və struktura malikdir və bu günün məsələsi deyil: “Fikir ayrılıqları onunla bağlıdır ki, indiki İrəvan üçün Xankəndi və Qarabağ problemi başağrısıdır. Ona görə də yanaşmalar müxtəlifdir və ziddiyyətlər var”.
Skakov hesab edir ki, rəsmi Bakı separatçılarla dialoqa girməyəcək. Bu məsələ məsələsi gündəmdə deyil və Bakı üçün çoxdan bağlanıb. Üstəlik, indi Bakının mövqeyinə görə, Dağlıq Qarabağ məsələsi onlar üçün mövcud deyil. Bu səbəbdən Bakı separatçılarla heç bir dialoq aparmayacaq. Çünki onlar üçün Qarabağ məsələsi yoxdur”, – Skakov deyib.
Ekspertin fikrincə,Qarabağ məsələsi ilə bağlı dialoq Bakı-İrəvan formatında və vasitəçi ilə aparıla bilər. Bu gün ilk növbədə Rusiya, Brüssel və Vaşinqton vasitəçi roluna iddialıdır. Minsk Qrupunun vasitəçi ola biləcəyini söyləməyə əsas yoxdur. Çünki o, de-yure mövcuddur, lakin de-fakto fəaliyyət göstərmir. Ona görə də İrəvanla Bakı arasında istənilən dialoq yalnız vasitəçilər olduqda mümkündür”, – deyə politoloq fikirlərini yekunlaşdırıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
