Əvəz Qocayevin keçmiş kürəkəninin məhkəməsi başladı – FOTObackend

Əvəz Qocayevin keçmiş kürəkəninin məhkəməsi başladı – FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Emin və Rahib Hüseynov qardaşlarının cinayət işi üzrə ilkin baxış iclası keçirilib.

KONKRET.az lent.az-a istinadən xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülən ittihamda özlərini qismən təqsirli bildiklərini deyiblər.

Növbəti proses dekabrın 2-də saat 10:00-a təyin olunub.

Xatırladaq ki, Emin və Rahib Hüseynov qardaşları qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdə təqsirləndirilirlər.

Rahib Hüseynov Zahid Rüstəmovun qəsb olunmuş əmlakının ona geri qaytarılmasında köməklik edəcəyinə vəd verərək, müxtəlif vaxtlarda onun ümumilikdə 35 500 manat pul vəsaitini mənimsəyib. O, həmçinin tanışı Sabir Cəfərovun lombarda girov qoyduğu qızıl-zinət əşyalarına görə çox pul verilməsinə köməklik edəcəyi, işə düzəldəcəyi, övladını universitetə qəbul etdirəcəyinə inandıraraq, ümumilikdə ondan 2 500 manat alıb.

Daha sonra R.Hüseynov qardaşı Emin Hüseynovla birlikdə Zahid Rüstəmovu vəzifəli şəxslərlə əlaqələrinin olduqlarına inandırıb onun bitki mənşəli qidalarının Rusiyada satılacağı vədini verib. Emin Hüseynov vasitəsilə müxtəlif vaxtlarda onun 87 000 manat pulunu ələ keçirib. Rahib Hüseynov yalan vədlər verərək, müxtəlif vaxtlarda Emma Ələkbərovanın 4 000 manat, İradə Mustafayevanın 9 000 manat, Sabir Cəfərovun 25 000 manat, Samara Salehovanın 25 000 manat, Arzu Məmmədovanın 13 000 manat, Kamran Musayevin 6 900 manat, Əzimə Rzayevanın 89 000 manat, Bəhruz Şirməmmədovun 10 000 manat, Mehdi Süleymanzadənin 5 000 manat pul vəsaitini ələ keçirərək dələduzluq edib.

Faktlarla bağlı cinayət işi başlanılıb, Emin və Rahib Hüseynov qardaşları Cinayət Məcəlləsini 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunaraq məsuliyyətə cəlb olunublar, barələrində həbs qətimkan tədbiri seçilib.

Əvəz Qocayevin kürəkəni Rahib Hüseynovun dələduzluq işi üzrə məhkəmə başladı - Foto

Qeyd edək ki, bu, Hüseynov qardaşlarının ilk məhkumluğu deyil. Emin və Rahib Hüseynov qardaşları eyni ittihamla 2018-ci ilin dekabrında ayrılıqda 9 il müddətinə həbs cəzasına məhkum olunublar. O zaman Rahib Hüseynov ümumilikdə 4 milyon 300 min manat dələduzluqda ittiham edilib. O, zərərçəkənləri “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə yataq dəstləri gətirmək adı ilə aldadıb.

Zərərçəkənlərdən biri olan Qoşqar Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalovun oğlu olub.

Təqsirləndirilən qardaşlar ADY-nin rəisi, sonra isə nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğlanlarıdır. Rahib Hüseynov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq sədr müavini Əvəz Qocayevin kürəkəni olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*