“Azərbaycanın yeni təklifi məqbuldur” – Ermənistan parlamentinin sədribackend

“Azərbaycanın yeni təklifi məqbuldur” - Ermənistan parlamentinin sədri

Rəsmən bəyan edirəm ki, Ermənistan üçün bu 5 maddə məqbuldur.

KONKRET.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan Almatı şəhərində MDB Parlament Assambleyasının (PA) Şura iclasında bildirib.

“Hesab edirik ki, əgər bir neçə aspektləri əlavə etsək, biz bu işi həyata keçirməyə başlaya bilərik”, – Simonyan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Azərbaycanın münasibətlərin normallaşması üçün Ermənistana 5 maddəlik yeni təklif təqdim etməsinə cavabında deyib.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycanın Ermənistana münasibətlərin normallaşmasına dair 5 maddədən ibarət sənəd göndərdiyini və cavab gözlədiklərini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*