“Azərbaycanla Qarabağ erməniləri arasında döyüş ola bilər” – Ter-Qriqoryantsbackend

"Azərbaycanla Qarabağ erməniləri arasında döyüş ola bilər" - Ter-Qriqoryants

“Hadisələr Qarabağda döyüşlərə səbəb ola bilər”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, general-leytenant Norat Ter-Qriqoryants erməni mediasına müsahibəsində deyib.

“Bütün bu hadisələr Azərbaycanla Qarabağ erməniləri arasında döyüşlərə səbəb ola bilər”, – deyə Ter-Qriqoryants bildirib.

Erməni general Ermənistanın təhlükəsizlik sistemini bərpa etməyə çağırıb.

“Ermənistanın təhlükəsizlik sisteminin zəifləməsi düşmənə “Çin sızma üsulu”ndan istifadə etməyə imkan verir.

“Müharibə zamanı döyüş nizamı tamamilə məhv edildi: Cəbrayıl, Şuşa, Qubadlı və s. əldən getdi. Xaos yarandı, ordu pis idarə olunurdu, komanda birliyi yox idi. Müharibə qanununa görə, zəifləmiş idarəetmə sistemi ilə ordu məğlub olur. Bu dəfə düşmənə imkan verməməliyik”, – Ter-Qriqoryants çərənləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*