Azərbaycanla Rusiya arasında quru sərhəd açılır? – AÇIQLAMAbackend

Azərbaycanla Rusiya arasında quru sərhəd açılır? - AÇIQLAMA

Sosial şəbəkələrdə Azərbaycanla Rusiya arasında quru sərhədlərin açılması ilə bağlı görüntülər yayılıb.

KONKRET.az xəbər verir ki, videogörüntülərdə “Samur” sərhəd keçid məntəqəsindən vətəndaşların rahat şəkildə keçərək Azərbaycana və qarşı tərəfə hərəkət etdiyi görünür.

Məsələ ilə bağlı Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Trend-in sorğusuna cavab olaraq bildirib ki, quru sərhədlərin açılması ilə bağlı məlumat yoxdur.

“Bu barədə heç nə bilmirəm. Məndə bu barədə məlumat yoxdur”, – deyə İ.Məmmədov bildirib.

Xatırladaq ki, Azərbaycan və Rusiya Federasiyası arasında quru sərhədlər 31 mart 2020-ci il tarixindən etibarən bağlanıb.

  • Parviz
    Fevral 24, 2022 - 21:38

    açılmasa daha yaxşı olardı….

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*