Azərbaycanla Suriya arasında media və kommunikasiya sahəsində əməkdaşlıq müzakirə olundubackend

Azərbaycanla Suriya arasında media və kommunikasiya sahəsində əməkdaşlıq müzakirə olundu

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Suriya Ərəb Respublikasının informasiya naziri ilə görüşüb.

KONKRET.az xəbər verir ki, Əbu-Dabidə keçirilən “Bridge” media və məzmun sənayesi sammiti çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Suriya Ərəb Respublikasının informasiya naziri Həmzə Əl-Mustafa arasında ikitərəfli görüş keçirilib.

Görüş zamanı Azərbaycan ilə Suriya arasında media və kommunikasiya sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri, informasiya axınının genişləndirilməsi və bu sahədə qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda dezinformasiya ilə mübarizə, etibarlı informasiya mühitinin formalaşdırılması, dialoqun genişləndirilməsi və institusional əlaqələrin inkişaf etdirilməsi məsələləri də diqqət mərkəzində olub.

Azərbaycan və Suriyanın dezinformasiya ilə mübarizəsi müzakirə edilib

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*