backend

Azərbaycanlı aparıcı gənc yaşında qəfil vəfat etdi - Səbəbi QRİP - FOTO

“Lider radio”nun keçmiş əməkdaşı DJ Emil vəfat edib.

KONKRET.AZ xəbər verir ki, bu barədə radionun aparıcısı, tanınmış bəstəkar-müğənni Murad Arif məlumat verib.

Keçmiş radio əməkdaşının hansı şəraitdə və nə səbəbdən vəfat etməsi barədə məlumat verilməyib.

“Big.az” məsələ ilə bağlı Emilin iş yoldaşı ilə əlaqə saxlayıb. O bildirib ki, 3 gündür ki, Mərkəzi Klinik xəstəxanaya yerləşdirilib:

“Emil xeyli vaxt imiş ki, qrip xəstəliyinə yoluxubmuş . 4 gün əvvəl isə ağır qızdırma, titrətmə ilə komaya düşüb və xəstəxanaya yerləşdirilib. Müayinə zamanı onun daxili orqanlarının funksiyalarını itirdiyi vəziyyətinin kritik olduğu məlum olub və dünən tanınmış aparıcı vəfat edib”.

Allah rəhmət eləsin!

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*