Azərbaycanlı deputatların polis və prokuror övladları – SİYAHIbackend

Azərbaycanlı deputatların polis və prokuror övladları - SİYAHI

Xəbər verdiyimiz kimi, bu ayın əvvəlində müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Milli Məclisin buraxılması haqqında qərar qəbul olundu və fevral ayının 9-da ölkədə növbəti parlament seçkiləri keçiriləcək.

KONKRET.az bildirir ki, səlahiyyətləri sona çatan, lakin hələ də millət vəkili statuslarını saxlayan Milli Məclis üzvlərinin bir çoxu 4 illik fəaliyyətləri dövründə dəfələrlə mətbuatın və sosial şəbəkələrin müzakirə mövzusuna çevrildilər. Onlar daha çox işlətdikləri ifadələrə görə gündəmə gəlsələr də, bəzi deputatlar hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan övladları və digər yaxınlarına görə müzakirə olundular.

Təxminən 2 aydan sonra millət vəkili statusunu itirəcək deputatların hüquq-mühafizə orqanlarında işləyən yaxınlarının siyahısını təqdim edirik:

– Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının rəhbəri olan Səttar Möhbalıyevin oğlu və eyni zamanda da bu yaxınlarda vəzifədən azad olunan Prezidentin köməkçisi Əli Həsənovun kürəkəni – İsfəndiyar Möhbalıyev Xəzər rayonu Polis İdarəsinin rəisidir

– Millət vəkili Aqil Abbasın oğlu – Tuncay Abbasov Suraxanı Rayon Polis İdarəsinin 30-cu bölməsinin rəisidir

– Deputat Elman Məmmədovun oğlu – polkovnik-leytenantı Elşad Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi

– Millət vəkili, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğlu – Xəlil Bayramov Qaradağ rayon 10-cu Polis Bölməsinin rəisi

– Deputat Çingiz Qənizadənin oğlu – Elgiz Qənizadə Binəqədi rayon prokurorunun müavini

– Deputat Flora Qasımovanın oğlu – polis polkovniki Elsevər Mirzəyev Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəis müavini

– Millət vəkili Sahib Alıyevin qardaşı – Bayram Alıyev Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi

– Milli Məclisin üzvü Vahid Əhmədovun oğlu – Zəfər Əhmədov Qaradağ rayonunun prokuroru

– Deputat İmamverdi İsmayılovun oğlu – polis mayoru İlkin İsmayılov Sumqayıt Şəhər Yol polisinin imtahan-qeydiyyat şöbəsinin rəisi

– Millət vəkili Hüseynbala Mirələmovun oğlu – polis-polkovniki Fərid Mirələmov Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi olub. (yeniavaz.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*