Azərbaycan boksçuları İrəvana getməyəcəklər.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası qərar verib. Azərbaycan boksçuları mayın 21-31-də İrəvanda keçiriləcək boks üzrə Avropa çempionatında iştirak etməyəcəklər.
Təşkilat iştirakdan imtinaya səbəb kimi qarşıdan gələn boks üzrə dünya çempionatına hazırlıq və Avropa çempionatında erməni tərəfinin mümkün təxribatlarını göstərib.
Qeyd edək ki, Azərbaycan idmançılarının çempionatda iştirak edib-etməyəcəyi ilə bağlı sual erməni mediasında çox müzakirə olunurdu.
Xuraman Etibarlı,
KONKRET.az
