Azərbaycanlı iş adamı Türkiyədəki zəlzələdə həlak olub.
KONKRET.az xəbər verir ki, Salyan rayonunun Arbatan kəndindən olan iş adamı Eldəniz Həbib oğlu Əliyev Türkiyədəki zəlzələdə həlak olub.
Qeyd edək ki, E.Əliyev Türkiyəyə də iş məqsədilə gedib. Amma o, Hatay şəhərində baş vermiş zəlzələdə həlak olub. Eldəniz Əliyevin cənazəsinin bazar günü Salyana gətirilərək doğma torpağa tapşırılması gözlənilir.
