Azərbaycanlı Rusiya meşələrində ağacları qırdı — Həbsə və 690 min manat ziyana düşdübackend

Azərbaycanlı Rusiya meşələrində ağacları qırdı — Həbsə və 690 min manat ziyana düşdü

Rusiyanın Perm vilayətində Azərbaycan vətəndaşı qanunsuz olaraq külli miqdarda küknar və şam ağacını kəsməkdə ittiham edilir.

KONKRET.AZ bildirir ki, 2017-ci ilin yayı ilə 2018-ci ilin qışı arasında o, 1,2 min kubmetrdən çox qiymətli meşə ağacını kəsmək üçün iki işçi qrup götürüb.

Məhkəmə meşə “qırıcı”sını 4 il müddətinə azadlıqdan məhrum edib və ondan dövlətin xeyrinə təqribən 690 min manat pulu geri alıb.

Perm ərazisinin Oktyabr Rayon Məhkəməsində Şuçye-Ozero kəndində yaşayan Azərbaycan vətəndaşına qarşı cinayət işi başlanıb.

O, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 260-cı (xüsusilə külli midarda meşə ağaclarının qeyri-qanuni şəkildə budanması) maddəsinin 3-cü hissəsinə əsasən mühakimə olunub.

Maddi ziyanı kompensasiya etmək üçün məhkumun əmlakı – meşə təsərrüfatı texnikası müsadirə edilib.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*