Azərbaycanlılar Ukraynadan qatarla təxliyə ediləcək – DANIŞIQLAR APARILIRbackend

Azərbaycanlılar Ukraynadan qatarla təxliyə ediləcək - DANIŞIQLAR APARILIR

Ukrayna Azərbaycanlıları Radası vətəndaşlarımızın Kiyevdən təxliyəsi üçün 1500 nəfərlik qatar ayrılmasıyla bağlı Ukraynanın müvafiq dövlət qurumlarına müraciət edib.

KONKRET.az xəbər verir ki, bu barədə sözügedən qurumun baş katibi Ceyhun Kəsəmən deyib.

C. Kəsəmən bildirib ki, Ukraynada müharibə başlayandan etibarən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx işləyirlər:

“Kiyevdə çox sayda azərbaycanlı, əsasən də tələbələr var. Biz Kiyevdən azərbaycanlıların təxliyəsi ilə bağlı bu gün avtobus ayrılması üçün danışıq aparsaq da, bu, mümkün olmadı. Avtobuslar hamısı Ukrayna Silahlı Qüvvələri üçün çalışır.

Ukrayna Azərbaycanlıları Radası Azərbaycan vətəndaşlarının Kiyevdən təxliyəsi üçün 1500 nəfərlik qatar ayrılmasıyla bağlı Ukraynanın müvafiq dövlət qurumlarına müraciət edib. Biz bunun üçün müvafiq vəsait ödəməyə də hazırıq”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*