Azərbaycanlıların 1918-ci ildə istifadə etdiyi sığınacaq tapıldı – VİDEObackend

Azərbaycanlıların 1918-ci ildə istifadə etdiyi sığınacaq tapıldı - VİDEO

Gənc tədqiqatçılar Elnur NəciyevGünay Nəciyeva 1918-ci il soyqırımı zamanı azərbaycanlıların istifadə etdikləri sığınacaq aşkar ediblər.

KONKRET.az-ın məlumatına görə, bu sığınacaq Qobustan rayonunun Sündü kəndində yerləşir. Gənclərin sığınacaq barədə hazırladıqları videoda göstərilir ki, yerli əhalinin verdiyi məlumata görə, Qəzənfər quyulu mağaraları 1918-ci il soyqırımı zamanı sığınacaq kimi istifadə olunub.

Qeyd edək ki, ermənilərin Sündü kəndində törətdikləri soyqırımı zamanı 250 nəfər öldürülüb və 198 ev yandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*