backend

“AzerGold” QSC-nin nizamnamə kapitalı artırıldı

Nazirlər Kabineti “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib. 

KONKRET.az xəbər verir ki, qərara əsasən,  “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nizamnamə kapitalı 37 milyon manatdan 62 milyon manata qaldırılıb.

İndiyə qədər “AzerGold” QSC-nin  nizamnamə kapitalı nominal dəyəri 18  manat 50  qəpik olan 2 milyon ədəd adi səhmlərdən ibarət olub. Dəyişikliyə əsasən, artıq nizamnamə kapitalı nominal dəyəri 31 manat olan 2 milyon ədəd adi səhmlərdən ibarət olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*