Almaniya fondları bu ölkədə fəaliyyətini dayandırdıbackend

Almaniya fondları bu ölkədə fəaliyyətini dayandırdı

Gürcüstanda Almaniyanın iki partiya fondu fəaliyyətini dayandırıb.

KONKRET.az xəbər verir ki, bunu Konrad Adenauer Fondu (XDB-yə yaxın) və Fridrix Naumann Fondu (SBP-yə yaxın) təsdiqləyib. Hər iki təşkilat Gürcüstan hökumətinin addımlarına istinad edib və bildirib ki, bu addımlar ölkədə sonrakı işi faktiki olaraq qeyri-mümkün edib. Eyni zamanda Fridrix Ebert Fondu (SDP-yə yaxın) və Henrix Böll Fondu (“Yaşıllar”a yaxın) görünür, hələlik Gürcüstanda fəaliyyətini davam etdirəcək, bunu Frankfurter

Allgemeine Zeitung (FAZ) qəzeti qeyd edir.

Nəşr xatırladır ki, yazda Gürcüstan hökuməti Almaniya fondlarını “xarici təsirlə” mübarizə haqqında yeni qanunvericiliyin təsirindən çıxarmaqdan nümayişkaranə şəkildə imtina edib. Fondlar bunu onları maliyyələşdirən Almaniya hökumətinin dəstəyi ilə tələb edirdi. Berlin isə Almaniya-Gürcüstan ikitərəfli müqavilələrinə istinad edirdi.

Yeni qanunvericiliyə uyğun olaraq Gürcüstan hakimiyyəti fondların fəaliyyətinin Gürcüstan hökumətinin prioritetlərinə tabe olmasını, bütün layihələrin və tərəfdaş təşkilatlarla əməkdaşlığın isə mürəkkəb razılaşdırma prosedurundan keçməsini tələb edirdi. Göstərilən səylərə baxmayaraq, iyulun sonunda dörd fondun hamısı Gürcüstan hökumətinin layihə fəaliyyəti üçün müraciətlərini təsdiqləmədiyi barədə bildiriş alıb. Nəticədə fondların işi praktiki olaraq iflic vəziyyətinə düşüb: onlar nə Almaniyadan Gürcüstana vəsait köçürə, nə layihələri həyata keçirə, nə də hətta yerli əməkdaşların maaşını ödəyə bilirlər.

Almaniya fondları hakim “Gürcü Arzusu” partiyasının ölkənin Qərblə inteqrasiyasını məhdudlaşdırması və Tbilisinin Moskva ilə yaxınlaşması siyasətinin tərkib hissəsi kimi Gürcüstanı tərk etməyə məcbur edilir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*