Rusiya İstintaq Komitəsi Ukraynanın keçmiş müdafiə nazirləri Aleksey Reznikov və Mixail Fedorovun Donbasdakı cəza əməliyyatlarında iştirakını müəyyən edib və onlar beynəlxalq axtarışa verilib.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“2021–2023-cü illərdə və 2026-cı ildə onlar tabeliklərində olan şəxslərə əmr və göstərişlər verərək, Donbas ərazisində cəza xarakterli hərbiləşdirilmiş əməliyyatların keçirilməsini təmin ediblər. Bu cinayət xarakterli əməllər nəticəsində çox sayda dinc sakin həlak olub və yaralanıb, mülki infrastruktur obyektləri dağıdılıb. Reznikov və Fedorova qarşı ittiham irəli sürülməsi barədə qərarlar qəbul edilib və onlar üçün beynəlxalq axtarış elan olunub”, – məlumatda deyilib.
