“Azərişıq” ASC: Daşkəsən və Ağstafada elektrik enerjisinin verilişi bərpa edildibackend

AzərişıqASC: Daşkəsən və Ağstafada elektrik enerjisinin verilişi bərpa edildi

Sel-qasırğa nəticəsində elektrik enerjisi təchizatı kəsilmiş Ağstafa rayonunun yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bərpa edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Məlumatda deyilir ki, hazırda hadisə baş verən ərazilər də daxil olmaqla ölkənin bütün ərazisində elektrik enerjisi təchizatı tam qaydasındadır.

Qeyd edək ki, sel daşqınları və qasırğa nəticəsində Daşkəsən rayonunda da elektrik enerjisi təchizatında fasilə yaranmışdı. “Azərişıq” əməkdaşlarının gərgin əməyi nəticəsində rayonun bütün yaşayış məntəqələrində elektrik enerjisi təchizatı bərpa edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*