“AzInTelecom” yenidən məhkəməyə verildibackend

"AzInTelecom" yenidən məhkəməyə verildi

“Auto Services” MMC “Azerbaijan International Telecom” MMC (“AzInTelecom”) ilə bağlı növbəti dəfə məhkəməyə müraciət edib.

KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə üz tutub.

Belə ki, “Auto Services” şirkəti borc müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası sentyabrın 14-nə təyin edilib.

Qeyd: Daha əvvəl “Auto Services” MMC-nin “Azerbaijan International Telecom” MMC-ni eyni iddia ilə məhkəməyə verib. İş hakim Bakı Kommersiya Məhkəməsinin hakimi İlham Əhmədovun sədrliyi ilə araşdırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*