Azıx və Tağlar mağaraları UNESCO-nun siyahısına salındıbackend

Azıx və Tağlar mağaraları UNESCO-nun siyahısına salındı

Azərbaycanın Qarabağ bölgəsində yerləşən “Azıx və Tağlar mağaraları – Azərbaycanın tarixdən əvvəlki yerləri” adlı nominasiya İlkin siyahıya (Tentative List) daxil edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qərar UNESCO-nun Ümumdünya İrs Komitəsinin Ər-Riyadda keçirilən 45-ci sessiyasında verilib.

Xatırladaq ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında Azərbaycanın Hirkan Milli Parkının daxilində transmilli “Hirkan meşələri” və “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiyalar artıq qurumun Ümumdünya İrs Siyahısına daxil olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*