“Azov” alayının komandiri: “Mariupolun müdafiəsi dayandırıldı” – VİDEObackend

“Azov” alayının komandiri: “Mariupolun müdafiəsi dayandırıldı” - VİDEO

“Azov” alayı döyüşçülərinin həyatını xilas etmək üçün Mariupolun müdafiəsini dayandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə alayın komandiri, polkovnik-leytenant Denis Prokopenko videomüraciətində bildirib.

“Mariupolun müdafiəsinin 86-cı günü. Ali hərbi rəhbərlik qarnizonun hərbi qulluqçularının həyat və sağlamlığının qorunması və şəhərin müdafiəsinin dayandırılması barədə göstəriş verib”, – deyə Prokopenko bildirib.

O qeyd edib ki, onlar şəhərin “Azovstal”da gizlənən bütün dinc sakinlərini təxliyə edə biliblər. Ağır yaralılara lazımi yardım göstərilib və onlar da təxliyə ediliblər. Onları dəyişdirib Ukraynanın nəzarətində olan əraziyə çatdırmağı planlaşdırırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*