“Azov” Olenovkadakı terror aktından sonra Putinə MÜRACİƏT ETDİ: “Cəza qaçılmaz olacaq” – VİDEObackend

“Azov” Olenovkadakı terror aktından sonra Putinə MÜRACİƏT ETDİ: "Cəza qaçılmaz olacaq" - VİDEO

“Azov” Olenovkadakı terror aktından sonra Putinə qaçılmaz cəza xəbərdarlığı edib.

KONKRET.az xəbər verir ki, bu barədə video “Azov”un sosial şəbəkələrdəki səhifələrində yayımlanıb. Azov alayının komandiri vəzifəsini icra edən mayor Nikita Nadtoçi (“Bir-İki”) Olenovkada ukraynalı hərbi əsirlərin qətliamına dair videomüraciət yazıb.

Nadtoçi vurğulayıb ki, ruslar Ukrayna ordusu haqqında bütün günü yalan danışıb, sonra isə Rusiyanın Böyük Britaniyadakı səfirliyinin “azovlular”ın edam edilməsinin zəruriliyi ilə bağlı bəyanatı ilə Olenovkada törətdikləri cinayəti təsdiqləyiblər.

“Bu cinayətə görə şəxsən məsuliyyət daşıyan Putinə xatırlatmaq istəyirəm ki, asılmış adamın evində kəndirdən danışmırlar”, – o deyib.

Daha sonra o, rus dilində rus prezidentə üz tutub.

“Siz özünüz də çaqqallarınız və səfirliklərinizlə birlikdə edam ediləcəksiniz. Hər şey siz istədiyiniz kimi olacaq, bütün sertifikatlar və möhürlərlə, beynəlxalq tribunalın qərarı ilə. Vəhşi alt-imperiya məhv ediləcək”, – Nadtoçi vurğulayıb.

Alay komandiri bu dəhşətli cinayətdə iştirak edənlərin cəzasının qaçılmaz olduğunu qeyd edib.

“Biz Olenovkadakı hadisəni ictimai edam aktı – qətliam kimi qiymətləndiririk. Rusiya bunu cəzasızlıqla həyata keçirib.

Onlar öyrəşiblər ki, heç kimin onları, hətta müharibə qanunlarını, qaydalarını və adətlərini pozduqlarına görə də məsuliyyətə cəlb etməyəcək. Ona görə də biz, Azov, Ukrayna və bütün sivil dünya buna qarşı mübarizə aparmalıyıq ki, Rusiya birdəfəlik xatırlasın.

Biz artıq əsirlərimizin edamını törədənlərin və təşkilatçılarının adlarını öyrənirik. Bizim ilkin məlumatımız var, lakin hələlik bunu dilə gətirmək istəmirəm. Biz onları harda olurlarsa olsunlar – Ukraynanın işğal olunmuş ərazilərində, Rusiyada və ya üçüncü ölkələrdə tapacağıq. Ukrayna dövlət olaraq ədalətli cəzanı təmin edəcək”.

Nadtoşi yekunlaşdıraraq vurğulayıb: “Rusiya Azovu öldürdüyünü düşünür. Azov indi bütün ölkədir. Hər bir ukraynalı işgəncələrə məruz qalan və ölən hər bir qardaşımızın qisasını alacaq”.

Xatırladaq ki, iyulun 29-da səhər saatlarında rus qoşunları Donetsk vilayətinin işğal olunmuş Olenovka qəsəbəsindəki koloniyanı hədəfə alıblar. Orada ukraynalı hərbi əsirlər saxlanılırdı. İşğalçılar hücumu Silahlı Qüvvələrin üzərinə atmağa çalışaraq 50 ukraynalı döyüşçünün öldüyünü bəyan ediblər.

Ukrayna kəşfiyyatının məlumatına görə, əsir götürülən ukraynalılar bu kütləvi qətldən bir neçə gün əvvəl atəşə tutularkən dağıdılan kazarmaya köçürülüblər.

Silahlı Qüvvələrin Baş Qərargahı bu qanlı cinayətdə iştirakını inkar edərək Rusiyanı əsir götürülmüş ukraynalıların qətllərini və işgəncələrini gizlətməyə çalışmaqda və eyni zamanda Ukrayna ordusunu dünya ictimaiyyətinin gözündə nüfuzdan salmaqda ittiham edib.

Orada qeyd olunurdu ki, Olenovkada Silahlı Qüvvələrin atəş edə biləcəyi hərbi hədəf yoxdur və rus təbliğatçılarının inandırmağa çalışdığı kimi, zərbənin endirilməsi ilə bağlı HİMARS-dan hər bir atəş ciddi şəkildə qeydə alınır və dərhal izlənilir.

Ukrayna Prezident Aparatı da öz növbəsində bəyan edib ki, Rusiya Federasiyası ukraynalı hərbi əsirlərə qarşı cinayətlərini gizlətmək, eləcə də ölkəyə xeyli ziyan vuran Qərb silahlarının tədarükünü pozmaq üçün düşmən qanlı təxribata əl atıb. UPA Rusiyanın dəhşətli hərbi cinayətinə BMT-dən dərhal reaksiya verilməsini və terror dövlətinin bütün beynəlxalq təşkilatlardan kənarda saxlanılmasını tələb edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*