Bakıda 4 yaşlı uşaq yanaraq vəfat edib.
KONKRET.az xəbər verir ki, hadisə iyunun 27-i saat 13.00 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış məntəqəsində qeydə alınıb.
Belə ki, paytaxt sakini, 2016-cı il təvəllüdlü Elmir Gülməmmədov yaşadığı evdə qaynanan süd qazanında düşüb. Daha sonra uşaq yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb./report/
