Bağdadda ABŞ səfirliyi qarşısında toqquşmalar başladıbackend

Bağdadda ABŞ səfirliyi qarşısında toqquşmalar başladı

İraqın paytaxtı Bağdadda təhlükəsizlik qüvvələri ilə Amerika Birləşmiş Ştatlarının səfirliyinə doğru irəliləməyə cəhd göstərən şəxslər arasında toqquşmaların başladığı bildirilir.

KONKRET.az xəbər verir ki, hadisə ABŞ səfirliyinin yerləşdiyi ərazi yaxınlığında qeydə alınıb.

Məlumata görə, bir qrup şəxs səfirlik binasına yaxınlaşmağa çalışıb və bu zaman təhlükəsizlik qüvvələri müdaxilə edib.

Hadisə ilə bağlı xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat verilməyib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*