Bakı avtovağzalında 30 min dollarlıq oğurluqbackend

Bakı avtovağzalında 30 min dollarlıq oğurluq

Bakıda külli miqdarda pul oğurlayan şəxs tutulub.

KONKRET.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə noyabrın 1-də Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində içərisində 30.000 ABŞ dolları və geyim əşyaları olan çantanın oğurlanması barədə müraciət daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Azər Vəliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*