10-MM-100 dövlət nömrə nişanlı, “Toyota Land Cruiser Prado” markalı avtomobilin sürücüsü yol nəqliyyat qaydalarını pozmağa davam edir.
KONKRET.az xəbər verir ki, sürücü avtomobili əks zolaqda idarə edərək, həmin zolaqdakı avtomobilin üstünə sürür.
Hadisə şahidi bildirir ki, sürücü onun avtomobilini gördüyü halda bu əməlinə davam edir.
Videoya fikir bildirən sosial şəbəkə istifadəçiləri bu maşının iki ay əvvəl də kobud qayda pozuntusu edən 10-MM-100 dövlət nömrə nişanlı maşın olmasını iddia edirlər.
Həmin görüntüləri təqdim edirik:
