Bakı metrosunda GECİKMƏ – SƏBƏB AÇIQLANDIbackend

Bakı metrosunda GECİKMƏ - SƏBƏB AÇIQLANDI

Bu gün səhər saatlarında metro qatarlarında gecikmə qeydə alınıb.

KONKRET.az xəbər verir ki, qatarlar yeddi dəqiqədən çox gecikmə ilə gəliblər.

Bakı metrosunda gecikmə olub - SƏBƏB

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Nərimanov” elektrik deposunun yol sahələrində yüksək gərginliyin verilməsində yaranan qısamüddətli fasilə səbəbindən “qırmızı” və “yaşıl” xətlərdə qatarların hərəkət intervalında gecikmələr yaranıb, həmçinin “Bakmil” stansiyasının fəaliyyəti məhdudlaşdırılıb.

“Texniki xidmətlərimiz müvafiq enerji təminatının bərpası üçün operativ şəkildə iş aparılıb. Artıq “Nərimanov” elektrik deposu xətlərinə yüksək gərginliyin verilməsi tam bərpa olunub. Qatarların xəttə daxil olması prosesi başlanıb.

Baş vermiş qısa fasilə səbəbindən hazırda qatarlararası intervalda müəyyən gecikmələr müşahidə olunur. Qrafikə uyğun fəaliyyətin bərpa olunması üçün xidmətlərimiz tərəfindən zəruri tədbirlər görülür və yaxın zamanda hərəkət tam normallaşdırılacaq.

Sərnişinlərdən yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik”, – deyə məlumatda bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*