“Bakı Metropoliteni”ndə problem yaranıb.
KONKRET.az “Yeni Sabah”a istinadən xəbər verir ki, yaşıl xəttin “Həzi Aslanov” stansiyasından “Dərnəgül” və “İçərişəhər” stansiyaları istiqamətində hərəkət edən qatarlar gecik.
Bundan başqa, qatarlar stansiyalarda və tunellərdə məcburi şəkildə dayanır. Bu isə platformalarda sərnişin sıxlığına səbəb olur.
Problemin səbəbi məlum deyil. “Bakı Metropoliteni” məsələ ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.
Aydan Hacı
