Bakı-Naxçıvan reysləri bərpa olundu – YENİLƏNİBbackend

Bakı-Naxçıvan reysləri bərpa olundu - YENİLƏNİB

Bakıdan Naxçıvana uçuşlar bərpa olunub. 

KONKRET.az-a bununla bağlı AZAL-dan məlumat verilib.

 

***

 10:01
Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən, AZAL-ın J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmağa qərar verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, təyyarə saat 08:50-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*