Bakı-Quba yolunda baş verən yol qəzasında ölən şəxslər bir ailənin üzvləridir.
KONKRET.AZ APA-ya istinadla verdiyi məlumata görə, qəza nəticəsində minik avtomobilində olanlar – 1966-cı il təvəllüdlü Allahverdiyeva Lalə Məmməd qızı, onun oğlu, 1988-ci il təvəllüdlü Allahverdiyev Taleh Hümbət oğlu və gəlini, Nazilə Allahverdiyeva aldıqları xəsarətdən hadisə yerindəcə keçiniblər.
Qeyd edək ki, Bakı-Quba yolunun 52-ci kilometrliyində yol-nəqliyyat hadisəsi qeydə alınıb. İkisi yük, biri minik avtomobili olmaqla üç avtomobil toqquşub. Qəza nəticəsində minik avtomobili yük maşınlarının arasında qalıb. Nəticədə minik maşınında olan 3 nəfər hadisə yerindəcə keçinib.