Bakı-Quba yolunda yanğınbackend

Bakı-Quba yolunda yanğın 

Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində yol kənarındakı otluq sahədə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində alovun genişlənməsinə imkan verilmədən yanğın qısa müddətdə söndürülüb.

***

Bakı-Quba yolunun ətrafında yanğın başlayıb.

KONKRET.az xəbər verir ki, hadisə yolun hərəkət hissəsinə yaxın ərazidə qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində yol kənarındakı otluq sahədə yanğın baş verib.

Qeyd olunub ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub:

“Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*