Bakı-Şamaxı yolunda ağır qəza – Ölənlər varbackend

Bakı-Şamaxı yolunda ağır qəza - Ölənlər var

Ötən gecə Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib.

KONKRET.az “qafqazinfo”ya istinadən xəbər verir ki, magistralın 30-cu kilometrliyində – Abşeron rayonu ərazisində “Opel” markalı minik avtomobili “KamAZ” markalı yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilinin sürücüsü, 1977-ci il təvəllüdlü Babək Məmmədov və sərnişini Samirə Məmmədova aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*