Bakı-Sumqayıt qatarı adam vurdu – ADY-dən AÇIQLAMAbackend

Bakı-Sumqayıt qatarı adam vurdu - ADY-dən AÇIQLAMA

Piyada diqqətsizliyi qəzaya səbəb oldu

KONKRET.az xəbər verir ki, bu gün saat 08:31-də ADY-yə məxsus sərnişin qatarı Xırdalan-Biləcəri istiqamətində hərəkətdə olarkən dəmiryol xəttinin üzərinə qəfil insan çıxıb.

Maşinist təcili tormozlama aparsa da, hadisə qaçılmaz olub və piyada xəsarət alıb. Qatar hərəkətinə gecikmə ilə davam edib.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb.

ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır və qanunvericiliyin tələblərini diqqətə çatdırır: Dəmir yolunu nəqliyyat vasitəsi ilə və ya piyada keçməyə xüsusi təchiz edilmiş yerlərdən istifadə etməklə yol verilir. Bu zaman xüsusi təchiz edilmiş piyada keçidlərindən, körpülərdən, tunellərdən, dəmiryol keçidlərindən, yol ötürücülərindən istifadə edilməli, texniki vasitələrlə və ya dəmiryol nəqliyyatı işçiləri tərəfindən verilən işarələr (siqnallar) diqqətlə izlənilməli, piyadalar keçid döşənəyindən keçməmişdən əvvəl yaxınlaşmaqda olan hərəkət tərkibinin olmadığına, həmçinin dəmir yolunu keçmək üçün hərəkət tərkibi yaxınlaşdıqda dayanaraq gözləməli və yalnız qatar keçib getdikdən və qonşu dəmir yollarında hərəkətdə olan hərəkət tərkibinin olmadığına əmin olduqdan sonra keçməlidirlər.

***

Sumqayıtdan Bakıya gedən 08:10 qatarı bu adam vurub.

KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, qatarın qarşısına çıxan şəxs xəsarət alıb.

Onun kimliyi hələlik bəlli deyil. Xəsarət alan şəxs ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*